Mikayıl Müşfiqin Sevirəm şeiri | Sevgiyə aid şeir

 

Sevirəm şeiri


Sevirəm
Bənövşə tək
Boynun bükərək
O məhzun duruşlarını.

 

Sevirəm
Mənimlə göz-gözə gələndə
Şimşək baxışların vuruşlarını.
Sevirəm
Kirpik çala-çala
Məni süzərək
Bir mahir ovçudan qorxmuş, ürkərək
O ceyran ədalı baxışlarını.

Müəllif: Mikayıl Müşfiq

Mikayıl Müşfiqin Sevirəm şeiri |  Sevgiyə aid şeir



 

0 şərh